Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə maliyyə xidmətləri bazarının həcmi kontaktsız ödənişlər hesabına artacaq


Mobil qurğular maliyyə xidmətləri sahəsində əməkdaşlığın mühüm elementlərindən birinə çevrilib. Avropada mobil bankçılıq xidmətləri və ödəniş sistemlərinin böyük populyarlığı müşahidə olunur. “Frost & Sullivan”ın proqnozuna əsasən, 2013-cü ildə maliyyə xidmətləri bazarında əsas artım istiqamətlərini kontaktsız ödənişlər sistemləri, “bulud” həlləri və biznes təhlil vasitələri təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə bazarda kommersiya mobil ödənişlərinin həyata keçirilməsi üçün bir çox həllər yaradılacaq; 2014-2015-ci illərdə onların populyarlaşması prosesi davam edəcək. “NFC” texnologiyası əsasında işləyən mobil ödəniş sistemləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2015-ci ilədək 42,3 faiz və 2018-ci ilədək isə 49,6 faizə bərabər olacaq. “Frost & Sullivan”ın proqnozuna əsasən, bu bazar iştirakçılarının əməkdaşlığa səy göstərməsi “NFC” texnologiyasının inkişafına müsbət təsir göstərəcək.

Avropada smartfonlardan istifadə kütləvi hal aldıqda SMS və USSD-ə tələbat getdikcə azalacaq. 2012-ci ildə Fransa, İsveç, Polşa, Almaniya və Böyük Britaniyada smartfonlar vasitəsilə həyata keçirilən onlayn-satışların həcmi təxminən orta hesabla 171 avro təşkil edəcək. “Bulud” hesablamaları əvvəlki kimi gəlirli olaraq qalacaq, çünki bu texnologiya daha sürətlə inkişaf edir.

Avropada iqtisadi böhran şəraitində bir çox şirkətlər investisiya və əməliyyat xərclərini azaltmaq üçün yollar axtarır. “Bulud” mühiti ödənişin həyata keçirilməsi üçün server və internet-anbarlardan istifadə edir. Belə biznes-modellər kiçik və orta biznes müəssisələrinə öz əməliyyat hədəflərinə nail olmaqda yardım edəcək. Sosial media və biznes-analitika İT rəhbərlərin gündəliyində vacib mövzulardan olacaq.

Zamanla daha çox bank və maliyyə institutları sosial KİV və biznes-analitikadan istifadə edəcək. Buna səbəb onların öz müştərilərinin tələbatlarını daha yaxşı anlamaq və onlara daha münasib məhsul, xidmət və qiymətlər təklif etməkdir.

Emil Hüseynov




21/12/12    Çap et