Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” mobil reklama “yox” dedi


2013-cü ildə "eBay" onlayn-hərracı öz mobil tətbiqlərində reklamdan imtina edəcək. Bu barədə şirkətin qlobal bazar üzrə prezidenti Devid Veniq bildirib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə "eBay" onlayn-hərracı "iPhone" üçün rəsmi tətbiqində reklam göstərməyə başladı.

Lakin məlum olub ki, elanlar istifadəçiləri yayındırır və smartfonların kiçik ekranındakı sahəni "zibilləyir". Həm də məlum olub ki, şirkət mobil reklamdan o qədər çox gəlir əldə etmir.

Qeyd edək ki, "EBay" əsas mənfəətini məhsulların satışından əldə edir. 2012-ci ildə "eBay" mobil qurğular üzərindən həyata keçirilmiş əməliyyatlardan 10 milyard dollar əldə etməyi planlaşdırır.

EMİL




21/12/12    Çap et