Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hiqqs” bozonunun kəşfi ilin əsas elmi nailiyyəti elan edilib
Nüfuzlu "Science" jurnalının versiyasına görə, "Hiqqs" bozonunun kəşfi geridə qoyduğumuz ilin əsas elmi nailiyyətidir. Əsas kəşflərin üçlüyünə, həmçinin denisov insanın genindəki ardıcıllıq və yaponiyalı alimlərin gövdə hüceyrələrindən toxum hüceyrəsi yetişdirmək üzrə apardığı sınaqlar daxildir.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, nəşrin nümayəndələrinin verdiyi məlumata əsasən, elementar zərrəciyin axtarışı sözsüz cari ilin ən mühüm elmi kəşfidir". 2012-ci ilin iyulunda Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) fizikləri "Hiqqs" bozonunun mövcudluğu faktının mümkünlüyünü təsdiqləyiblər.
Fiziklərin fikrincə, 13,7 milyard il bundan əvvəl bəşəriyyətin yaranmasına səbəb olmuş Böyük partlayışdan sonra bu bozonu yaradan qüvvə ilkin xaosdan qalaktika, ulduz və planetlərin yaranmasına səbəb olub. Hələ 1964-cü ildə ingilis fiziki Piter Hiqqs tərəfindən proqnozlaşdırılmış bu hissəciyin tapılması bir çox alimlərin fikrincə, son yarım əsr ərzində ən böyük elmi kəşflərdən biridir.
"Science" jurnalı, həmçinin denisov insanının genindəki ardıcıllığa da böyük diqqətlə yanaşıb. Onun nəsli kəsilmiş insanların yeni növü olduğu təxmin edilir və Altayda yerləşən Denisov mağarasında aşkar edilib. 2008-ci ildə orada uşaq barmağının daşlaşmış barmaq sümüyü tapılmışdı. DNK analizi nəticəsində bu insan növünün təxminən 40 min il əvvəl yaşadığı məlum olub.
Onlar insan təkamülündə neandertal və müasir insanlardan fərqli xüsusi bölmə təşkil edir". "Science" jurnalı cari ildə Kioto Universitetində çalışan yaponiyalı alimlərin kəşfini əhəmiyyətinə görə elm dünyasında üçüncü adlandırıb.
Yaponlar dünyada ilk dəfə olaraq gövdə hüceyrələrindən toxum hüceyrələri yetişdirməyi, onları mayalandırmağı və laboratoriya şəraitində böyüdülmüş siçanlardan sağlam övlad almağa nail olublar. Mütəxəssislərin fikrincə, bu tədqiqatların nəticələri sonsuzluq probleminin həllinə böyük töhfə verəcək.
Emil Hüseynov
21/12/12 Çap et