Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefonları hərəkət zamanı simsiz enerji ilə doldurmaq mümkün olacaq
Avtomobil sürən zaman smartfonun simsiz enerji ilə doldurulması prosesi tezliklə daha da sadələşəcək. "BBC" yayım korporasiyasının verdiyi məlumata əsasən, yeni enerjidoldurma qurğusu kiçik xalçadan ibarətdir.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Kui" protokolundan istifadə edən mobil telefonu enerji ilə doldurmaq üçün onu, sadəcə, bu xalçanın üzərinə qoymaq kifayətdir. Hazırda 34 mobil qurğu modeli bu protokolu dəstəkləyir.
Yaponiyanın "Toyota" avtomobil istehsalçısı yeni "Avalon" modelində bu texnologiyanı tətbiq edəcək. Əlavə simsiz enerjidoldurma paketi 1950 dollara başa gələcək və 2013-cü ilin yazından əlçatan olacaq.
Emil Hüseynov
21/12/12 Çap et