Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zəlzələ çip bazarına təsir edib


2011-ci ilin aprelində yarımkeçiricilərin qlobal bazarının həcmi 25,3 milyard dollar təşkil edib, bu da əvvəlki ayın demək olar ki, eynilik təşkil edir . Bu rəqəm  keçən ilin göstəricisini yalnız 3% ötür. “World Semiconductor Trade Statistics” təşkilatı tərəfindən keçirilmiş tədqiqatın nəticələri belədir.
Ekspertin sözlərinə görə, aprel ayının nəticəsini yarımkeçiricilər sahəsinə təsir edə bilən müxtəlif amilləri (Yaponiyadakı zəlzələ də həmin amillərdən biridir) nəzərə alaraq, tamamilə sabit adlandırmaq olar. Bununla belə, dağıdıcı qəzanın neqativ nəticələri emal etmə sənayesi üçün analitiklərin güman etdiyi kimi, o qədər əhəmiyyətli olmayıb. Bundan başqa, mütəxəssislər əmindir ki, 2011-ci ilin iyununa qədər Yaponiyada baş vermiş kataklizmlərin fərdi kompyuter və mobil telefonları bazarına təsiri zəif olacaqdır.
“Semiconductor İndustry Association (SIA)” firmasının son tədqiqatına əsasən,
2011-ci ilin martında yarımkeçiricilərin bütün dünya üzrə satışları pul baxımından 2,5% artıb və keçən ay əldə edilmiş 24,7 milyard dollara qarşı 25,3 milyard dollar olub. Birinci rüb ərzində yarımkeçiricilərin satışından qazanc 75,8 milyard dollar təşkil edib. Əgər müqayisə üçün 2010-cu ilin ilk üç ayını götürsək, 1 il ərzində çip bazarı 8,6% aşağı düşüb.
2010-cu ilin nəticəsinə görə, yarımkeçirici sənayesində ümumdünya satışları 299,4 milyard dollar təşkil edib, keçən ilə nisbətən artım 30,9%-ə bərabər olub.
Proqnozlara görə, 2011-ci ildə dünya yarımkeçirici sənayesi yalnız 5-7 % artacaq.






01/06/11    Çap et