Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei”nin ən yeni smartfonlarının satışına başlanılıb


İKT həllərinin tətbiqi sahəsində dünyanın lider şirkəti olan “Huawei” Azərbaycanda ən son istehsalı olan “Huawei Ascend” seriyalı smartfonlarını təqdim edib. “Huawei Ascend Y200” modeli ilk dəfə smartfon istifadə etməyə başlayanlar üçün nəzərdə tutulub. “Android 2.3.6” versiyası ilə təchiz olunan model “3G”, 3.5 düymlük ekran və 3.2 MP kamera ilə təchiz olunub.

İPS matrisli displeyə sahib model bu qiymət seqmentinə olan digər modellərdən daha üstün ekran xassələrinə sahibdir. Cəmi 5 saniyədə qoşulan “Huawei Ascend Y200” smartfonunun batareyası sadəcə 90 dəqiqədə tam dolur. “Huawei Ascend G300” modeli ekonom smartfon sinfinə aid olsa da, öz xassələri ilə diqqətləri üzərinə çəkir.

Öz sinfinə olan stereotiplərə son qoyan model 4 düymlük ekran, 1 QHz prosessor, “Android 4.0” və 5 MP kamera ilə təchiz olunub. 800×480 İPS displeyində 233 ppi göstərici ilə “G300” modeli mükəmməl görüntü keyfiyyətinə sahibdir. “Huawei Ascend P1” modeli öz incəliyi və erqonomik xassələri ilə seçilir. Cəmi 7.69 mm qalınlığına sahib “P1” modeli 4.3 düymlük “Super Amoled” ekran, ikinüvəli 1.5 Ghz prosessor, 8 MP autofokuslu və “FullHD” keyfiyyətində video yaza bilən kamera, “Dolby Mobile 3.0 Plus” səs sistemi və “Android 4.0” əməliyyat sistemi ilə təchiz olunub.

“Huawei Ascend Y200” modeli Azərbaycanın aparıcı mobil operatoru olan “Azercell” ilə birgə kampaniya çərçivəsində Azərbaycan istifadəçilərinə təqdim olunub. Belə ki, “Bu qiymətə bu zəka!” kampaniyası çərçivəsində 39 manat ilkin ödənişlə “Huawei Ascend Y200” smartfonunu alan “Azercell” abunəçiləri hər ay cəmi 15 manat ödəməklə şəbəkədaxili 150 dəqiqə və 150 SMS, üstəlik, 150 MB İnternet trafiki əldə edəcəklər. “Huawei Ascend G300” və “P1” modeli “Huawei” şirkətinin Azərbaycanda rəsmi distribüteri olan “MobiTel” şirkəti tərəfindən tezliklə satışa veriləcək.

“Huawei” şirkəti İKT həllərinin satışı üzrə dünyanın lider şirkətidir. “Huawei” son illər ərzində innovativ tədqiqatlar, müştərinin ehtiyacları əsasında həllər hazırlama və partnyor şəbəkəsinin genişləndirilməsi siyasəti nəticəsində telekommunikasiya şəbəkələrinin, terminalların və “bulud” hesablamaları texnologiyalarının inkişafında təqdirəlayiq uğurlar əldə etmişdir. Dünyanın 140-dan çox ölkəsində dünya əhalisinin 1/3-i “Huawei” məhsulları və həllərindən istifadə edir. “Huawei” 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində İKT sahəsində bir çox uğurlu layihələrə imza atıb.

RƏVAN




24/12/12    Çap et