Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya ilə gömrük rəsmiləşdirməsi üzrə internet şəbəkəsindən istifadə imkanları müzakirə edilib


Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsinin inzibati binasında Azərbaycan-Rusiya sərhəd və gömrük xidmətlərinin nümayəndələrinin növbəti işçi görüşü keçirilib. Görüşdə gömrük rəsmiləşdirməsinin sürətləndirilməsi məqsədilə internet şəbəkəsindən istifadə etməklə daşıyıcılar tərəfindən yük barədə qabaqcadan məlumat verilməsi üçün sərhəd keçid məntəqələrinin terminallarında müvafiq şəraitin yaradılması müzakirə edilib.

“ICTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən bildirilib ki, görüşdə həmçinin tərəflərin qonşu ərazilərinin sərhəd və gömrük xidmətlərinin il ərzində fəaliyyətinin yekunlarına dair məruzələr dinlənilib, eyni zamanda Rusiya Federasiyasının “Yaraq-Qazmalar”, “Novo-Filya” və Azərbaycan Respublikasının “Samur”, “Şirvanovka” sərhəd gömrük buraxılış məntəqələrindən keçən sərnişinlərin və nəqliyyat vasitələrinin hərəkətində yaranan yubanmaların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb:
“Rusiya tərəfinə məlumat olaraq o da bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasi ilə sərhədindəki “Zuxul” və “Xan-Oba” buraxılış məntəqələrinin 2013-cü ildə müasir standartlara uyğun şəkildə əsaslı tikintisi aparılacaq”.

HƏQİQƏT




24/12/12    Çap et