Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni dairəvi rabitə yaranacaq
Azərbaycanda rabitənin dayanıqlığının təmin edilməsi məqsədilə daha bir dairəvi rabitənin yaradılması gözlənilir. "Aztelekom" İB-dən verilən məlumata görə, Ağsu - İsmayıllı - Qəbələ fiber-optik kabel xəttinin tikilərək istifadəyə verilməsi ilə daha bir alternativ rabitə şəbəkəsi istismara verilmiş olacaq. Hələlik layihənin ümumi eskizi hazırdır.
Bu layihənin reallaşdırılmasına şərait Qəbələ rayonunun kəndlərinin optikləşməsindən sonra yaranıb. Belə ki, Qəbələ rayon mərkəzi stansiyasından İsmayıllı və Oğuz rayonları istiqamətində olan kəndlərə optik kabellərin çəkilməsi ilə həmin rayonların rabitə xətlərinin bu xəttə birləşdirilməsi ilə rabitənin alternativliyi təmin edilmiş olur.
Hazırda Qəbələ rabitəsi TAE xəttinə Ağdaş istiqamətində qoşulub. Sözügedən layihənin reallaşması ilə rayon rabitəsinin üç istiqamətdə giriş və çıxış rabitəsinin mövcud olması ilə İsmayıllı və Oğuz rayonlarının da alternativ rabitəsi təmin edilir.
Bundan başqa Qəbələ - Ağdaş - Xaldan - Şəki - Oğuz - Qəbələ, Qəbələ -İsmayıllı - Göyçay - Ağdaş - Qəbələ istiqamətlərində dairəvi rabitə təmin olunmuş olur ki, bu da adıçəkilən rayonların da alternativ rabitəsinin təmin edilməsi deməkdir.
Rəvan
24/12/12 Çap et