Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Poçtla bağlı irad və təkliflər dinlənilib
«Azərpoçt» MMC poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə «qaynar xətt» təşkil etdi. Müəssisə bu gün saat 10:00-dan 12:00-dək «Qaynar xətt» təşkil edərək vətəndaşlara şikayət, irad və təklifləri bildirmək üçün şərait yaradıb.
Müəssisədən verilən məlumata görə, yaxın dəqiqələrdə bitən "qaynar xətt"ə müxtəlif təkliflərlə zəng edən vətəndaşlar bəzi şikayətlərini də bildiriblər. Daxil olan sualların hamısı «Azərpoçt»un məsul əməkdaşları tərəfindən cavablandırılıb.
RƏVAN
24/12/12 Çap et