Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi “www.tedris-maliyye.gov.az” istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin MN-ə istinadən verdiyi məlumata görə, saytda mərkəzin əsas vəzifələri - maliyyə işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması, əlavə təhsilin təşkili, o cümlədən maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün Milli mühasibat uçotu standartları əsasında fəaliyyət göstərə bilmələri üçün sertifikatlaşdırılmasının aparılması ilə bağlı ətraflı informasiyalar yerləşdirilib.
İnternet resursda həmçinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasiblər, eləcə də kommersiya təşkilatları, peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarla təşkil olunan təlimlərdə iştirak etmələri üçün onlayn qeydiyyat bölməsi də fəaliyyət göstərir.
Maliyyə və mühasibat işçiləri saytda qeydiyyatdan keçməklə mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış təlim proqramının iştirakçısı ola bilər və beynəlxalq dərəcəli sertifikat ala bilərlər.
Bundan başqa, saytda “Tədris materialları”, “Onlayn test”, “Mühasiblərin sertifikasiyası” “Kurslar”, “Distant təhsil”, “Mətbuat” və digər bölmələr fəaliyyət göstərir. Rəsmi internet səhifəsində ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə də geniş yer verilir və METM-in cari fəaliyyəti ilə bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.
CAHANGİR
25/12/12 Çap et