Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran yeni peykin üzərində aparılan işləri başa çatdırır
İran Kosmik Agentliyi 2013-cü ilin fevralında öz istehsalı olan yeni kosmik peykini təqdim edəcəyinə söz verib. "Nahid" adlandırılmış aparat İranın Milli kosmik texnologiyalar günü təqdim ediləcək.
"Hazırda peykin yaradılması layihəsi tamamlanma mərhələsindədir və biz onu 2013-cü il fevralın 2-də texnologiyalar günündə təqdim edəcəyimizə ümid edirik" – İran Kosmik Agentliyinin direktoru Həmid Fazeli bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Nahid" aparatı İranın əvvəllər yaradılmış "Fjar" və "Şarifsat" peyklərinə qoşulacaq. Fazelinin sözlərinə görə, hər iki aparat hazırda starta hazırlaşır və İranın maraqlarına xidmət göstərəcək, lakin agentliyin direktoru peyklərin yerinə yetirəcəyi məsələləri açıqlamayıb.
Xatırladaq ki, İran Omid (Ümid) adlı birinci şəxsi peykini 2009-cu ildə orbitə buraxıb.
Emil Hüseynov
25/12/12 Çap et