Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər dördüncü internet istifadəçisi spam oxuyur


“HeadHunter” şirkətində çalışan analitiklərin dərc etdiyi hesabata əsasən, respondentlərin yalnız 6 faizi elektron poçtunda arzuolunmaz reklam mesajlarına müsbət yanaşır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, respondentlərin 40 faizinin spama mövqeyi bitərəf, 54 faizin isə mənfidir.

Lakin statistikaya baxmayaraq, respondentlərin 41 faizi etiraf edib ki, onlar vaxtaşırı spam mesajlarını oxuyaraq faydalı və ya maraqlı informasiya tapmağa ümid edirlər.

Emil Hüseynov




25/12/12    Çap et