Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
30 dollarlıq mobil şəbəkə (VİDEO)
"PA Consulting Group" şirkətindən ekspertlər qrupu "Linux" əməliyyat sistemi ilə işləyən 30 dollarlıq "Raspberry Pi" kompüterindən istifadə edərək şəxsi mobil şəbəkələrini yaradıblar.
"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, mütəxəssislər SMS ilə mübadilə etməyə və səs trafikini tənzimləməyə imkan yaradan tamfunksional mobil şəbəkə yarada bilib.
Yaradılmış şəxsi mobil şəbəkədə əlaqə saxlamaq üçün "GSM" standartlı iki mobil telefondan istifadə edilib. Mühəndislər tezliklərdən istifadə qaydalarına riayət etmək üçün şəbəkəni divarları kənara siqnal buraxmayan otaqda qurublar.