Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətli kağızlarla bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə komitənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Komitədən qeyd edilib ki, yenilənmiş qaydalar ilə emitentlərin xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarının təqdim edilməsi, həmçinin qiymətli kağızların yerləşdirilməsi üsulundan asılı olaraq emitentlərin illik hesabatlarına daxil olan səhmdarlar barədə məlumatların açıqlanması prosedurları müəyyən edilib.
HƏQİQƏT
25/12/12 Çap et