Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” çox ucuz planşet istehsal edəcək
“Acer” şirkəti “Iconia B1” planşetini hazırlayır. “The Wall Street Journal” qəzetinin mənbələrinə əsasən, cihazın qiyməti 100 dollar civarında olacaq. Qəzetin məlumatına görə, “Iconia B1” ekranının diaqonalı 7 düym, onun təsvir ölçüsü 1024x600 nöqtə təşkil edəcək.
Cihaz 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz ediləcək və ona “Android” mobil əməliyyat sistemi quraşdırılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qurğu 2013-cü ildə işıq üzü görəcək. “Acer” şirkəti isə 100 dollarlıq planşet hazırladığını inkar edib. “Iconia B1” planşetinin qiymətinə əsaslanaraq modelin inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulmasını güman etmək olar.
Emil Hüseynov
25/12/12 Çap et