Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT nəhəngləri öz banklarını yarada bilər
Texnoloji inqilab yaxın gələcəkdə insanların plastik kart və nağd puldan imtina etməsi ilə nəticələnəcək. Satınalmalar üçün, sadəcə, mobil telefonun mövcudluğu kifayət edəcək. “Deutsche Bank” analitiklərinin versiyasına görə, ənənəvi banklar ikinci plana keçə bilər və onları “Apple” və “Google” kimi aparıcı İT korporasiyalarının bazasında yaradılmış maliyyə təşkilatları əvəz edə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər “Google Bank” və “Apple Bank” kimi qurumların yaranacağına və yeni texnologiyalara sərmayə yatıracağına şübhə etmir.
Texnologiya nəhənglərinin kölgəsində yoxa çıxmamaq üçün banklara mobil telefon vasitəsilə həyata keçirilən internet ödənişlər kimi texnologiyalara diqqət ayırmaq tövsiyə edilir.
Emil Hüseynov
25/12/12 Çap et