Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq iki bank bankomat şəbəkələrini birləşdirir


“Xalq Bank” və “Paşa Bank” bankomat şəbəkələrinin birləşdirilməsi barədə razılığa gəlib. “ICTnews” elektron xəbər xidmətinin “Xalq Bank”a istinadən verdiyi məlumata görə, “Xalq Bank” və “Paşa Bank” arasında imzalanmış sazişə əsasən sözügedən bankların əməkhaqqı kartlarının sahibləri hər iki bankın bankomatlarından nağdlaşdırmaya görə komissiya ödəmədən istifadə edəcəklər.

Beləliklə, iki bankın birləşmiş bankomat şəbəkəsinə Bakı şəhəri üzrə 25, bölgələr üzrə 18 bankomat daxil olacaq. Bankomat şəbəkələrinin birləşməsi vasitəsi xidmət infrastrukturunun genişləndirilməsi həm də müştərilərin rahatlığına xidmət edəcək bir addımdır.

Qeyd edək ki, iki bankın bankomat şəbəkəsinin birləşməsi əməliyyatı Azərbaycan bankları arasında ilk dəfə tətbiq olunur.

CAHANGİR




26/12/12    Çap et