Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pulsuz internet şəhəri yaradılır
Təl-Əviv şəhərinin bələdiyyə qurumunun başladığı layihəyə əsasən, şəhər ərazisində qurulacaq 80 ədəd yüksəksürətli “Wi-Fi” giriş nöqtəsi sakinlərin internetə 20 Mbit/s sürətində pulsuz çıxışını təmin edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, layihənin sonunda şəhərin pulsuz simsiz şəbəkə ilə əhatə olunacağı qeyd edilib.
İlk “Wi-Fi” giriş nöqtələri çimərlik və sahillərdə, həmçinin şəhərin mərkəzi küçələrində və parklarda qurulacaq. Təl-Əviv şəhərinin bələdiyyə qurumu layihəyə 1,5 milyon dollardan bir qədər çox xərcləməyi planlaşdırır.
Emil Hüseynov
26/12/12 Çap et