Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AQUPDK Elektron Xidmətlər Portalına qoşuldu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ilk olaraq komitə tərəfindən təqdim olunan ölkələrarası övladlığa götürmə ilə bağlı elektron xidmət portala inteqrasiya edilib.
Bu e-xidmət Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 12 mart 2007-ci il tarixli Fərmanının 1-ci bəndi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri üzrə Haaqa Konvensiyasına əsasən Mərkəzi Orqandır. Bundan əlavə, Komitə həmin Fərmanın 2-ci bəndinə əsasən, Konvensiyanın 23.2-ci maddəsi üzrə səlahiyyətli orqan qismində müəyyən edilib.
Komitə Konvensiyadan irəli gələn vəzifələri yerinə yetirir və ölkələrarası övladlığa götürmə ilə əlaqədar digər dövlət orqanları və təşkilatların fəaliyyətini əlaqələndirir.
CAHANGİR
26/12/12 Çap et