Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT İnternet İdarəçilik Forumunun uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib


VII İnternet İdarəçilik Forumunun uğurla keçirilməsi, həmçinin mənə və mənim heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə və Azərbaycan hökumətinə səmimi minnətdarlığımı bildirmək istərdim. Sizinlə görüşümü yüksək qiymətləndirirəm VII İnternet İdarəçilik Forumunun uğurla keçirilməsi, həmçinin mənə və mənim heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə və Azərbaycan hökumətinə səmimi minnətdarlığımı bildirmək istərdim.

Sizinlə görüşümü yüksək qiymətləndirirəm. Bu mühüm toplantının keçirilmə yerinin Bakı şəhəri və Bakı Expo Mərkəzinin seçilməsi dörd günlük tədbirin uğurla nəticələnməsi üçün önəmli olmuşdur. Sizə məlum olduğu kimi, tədbirdə 128-dən artıq ölkədən 1600-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Tədbir iştirakçıları internet idarəçiliyinin əsas tematik sahələrini, o cümlədən internətə qoşulma və müxtəliflik məsələləri, vacib internet resurslarının idarə olunması, inkişaf üçün internet idarəçiliyi, eləcə də təhlükəsizlik, aşkarlıq, azadlıq və məxfiliklə bağlı məsələləri müzakirə etmişlər.

Forumun təşkilində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 300-dən artıq peşəkar əməkdaşının dəstəyi və 250-dən artıq yerli gənc könüllünün rolunu xüsusi qeyd etmək istərdim. Bu, mənim Azərbaycana ilk səfərim idi.

Ölkənizin sosial-iqtisadi inkişafı, xüsusən də informasiya və kommunikasiya texnologiyaları və internet sahəsində əldə etdiyiniz inkişaf məndə dərin təəssürat yaratdı. İnanıram ki, bu tərəqqi Azərbaycanın texnoloji transformasiyasına və ölkənizin regionda texnoloji təkanverici rol oynaması işinə öz töhfəsini verəcəkdir.

Aydındır ki, Sizin hökumətinizin İKT sahəsinin inkişaf etdirilməsi və sosial xidmətlərin göstərilməsində internetdən istifadənin genişləndirilməsi işinə sadiqliyi öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, Sizin rəhbərliyiniz altında Azərbaycan hökumətinin internetdə ifadə azadlığını prioritetlərdən birinə çevirməsini və bununla bağlı çoxlu sayda tədbirlər həyata keçirməsini xüsusi qeyd etmək istəyirəm.

İqtisadi və Sosial Məsələlər Departamenti və daha geniş mənada BMT ictimaiyyəti ölkənizdə sosial-iqtisadi inkişafın gələcəkdə də təşviqi üçün Azərbaycan Respublikasının hökuməti ilə tərəfdaşlığını davam etdirmək və gücləndirmək niyyətindədir. Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram.

Vu Hongbo

BMT Baş katibinin müavini





27/12/12    Çap et