Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı ölkənin sakinləri sosial şəbəkədə daha çox vaxt keçirir?
“ComScore” tədqiqat şirkətinin dərc etdiyi hesabata əsasən, 2012-ci ilin yekununa görə, argentinalı istifadəçilər sosial şəbəkədə ay ərzində 9,8 saat vaxt keçirir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Braziliya (9,7 saat) bu göstərici üzrə ikinci mövqedə qərarlaşıb.
Ötənilki lider Rusiya üçüncü yerdə (9,6 saat) qərarlaşıb. Tayland (8,7) və Türkiyə (8,6) müvafiq olaraq dördüncü və beşinci yeri bölüşdürür. İlk onluqda, həmçinin İsrail (8,2), Kanada (7,9), Peru (7,9), Çili (7,7) və Meksika (7,5) yer alıb.
“ComScore” şirkətinin hesabatına əsasən, 15 və daha yuxarı yaşlı Cənubi Amerika sakinləri daha çox “Facebook”, “LinkedIn” və “Twitter” sosial şəbəkələrinə daxil olur.
Emil Hüseynov
27/12/12 Çap et