Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin 7 əsas cihazı bəlli oldu


"Google"-un möcüzəvi eynəyi

"Google"-un möcüzəvi eynəyi şüşə ilə təchiz edilməsə də sağ gözün qarşısında yerləşdirilmiş kiçik şəffaf ekran virtual informasiya təsvirlərini real dünyaya ötürür. Ekrana baxan insan cari temperaturun göstərildiyi kiçik dairə görür, bina üzərində isə onun haqqında Vikipediyadan əldə olunmuş informasiya əks olunur, bugünkü işlərin siyahısı, telefonla danışdığın insanı görmək və sairə kimi digər imkanlar mümkündür. Eynək səs əmrlərini başa düşür. Ona "Android" əməliyyat sistemi quraşdırılıb.

Fikrin oxunması üçün "Muse" neyrokontrolleri



"InteraXon" şirkətinin hazırladığı "Muse" neyrokontrolleri beynin aktivliyini əks etdirən informasiyanı "oxuyur" və emal edir. Xüsusi proqramlar bu məlumatlardan istifadə edərək məsələn, elektron qurğunu düşüncənin gücü ilə idarə etməyə imkan verir. Qurğu 2013-cü ildə satışa çıxarılacaq."Google Fiber" yüksəksürətli interneti

"Google Fiber" yüksəksürətli interneti



2012-ci ildə "Google" yalnız "ağıllı" eynək və ya "Nexus 7" planşeti ilə deyil, həm də Kanzas-Siti aqlomerasiyasında istifadəyə verdiyi 1 QB/s internetlə öyünə bilər. Şəhər 1 il əvvəl minlərlə iddiaçı arasından seçilmişdi, lakin infrastrukturun qurulmasına yalnız cari ilin yayında start verildi. Abunəçilər ucuz və çox sürətli internetdən savayı, "bulud" anbarında bir neçə terabayt və "HD" televiziyaya çıxış imkanı əldə edirlər.

Lytro kamerası



"Lytro" 2012-ci ilin əsas qurğularından biridir. Onun hər bir kadrı çoxlu şəkildən ibarətdir və istifadəçi çəkilişdən sonra öz şəxsi kadrını yaratmaq imkanı əldə edir. Bu, ucuz (amerika bazarında təxminən 400 dollardır) və sadə vətəndaş üçün nəzərdə tutulmuş birinci belə kamera növüdür.

Supertelevizorlar




Rəngli "elektron mürəkkəb"



"E-Ink" ekranlarında mətni oxumaq kağızdan oxunurmuş kimi rahatdır, həmçinin o, enerjiyə qənaətcildir, lakin bir sıra çatışmazlıqlara malikdir: ağ-qaradır, ekran zəif yenilənir və buna görə videoya baxmaq mümkün deyil və kənardan işıqlandırma olmasa, oxumaq mümkün deyil.

Elastik ekranla təchiz edilmiş ekran



Yaxın gələcəkdə elastik telefon haqqında arzular reallığa çevriləcək. Belə ki "Samsung" şirkəti "CES" sərgisində "ağıllı" telefonlar üçün 5.5 düymlü elastik ekranını təqdim edəcək.
 
Emil Hüseynov





27/12/12    Çap et