Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akkreditasiya sistemində tətbiq ediləcək elektron xidmət sınaqdan keçirilir


Azərbaycanda akkreditasiya sistemində yeni elektron xidmət tətbiq ediləcək. Təhsil Nazirliyinin əhaliyə təqdim edəcəyi bu xidmətin artıq sınaqdan keçirilməsi mərhələsi başlayıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda akkreditasiyadan keçəcək təhsil müəssisələrinin sənədlərini nazirliyə elektron yolla təqdim etməsi istiqamətində iş aparılır. Bu barədə açıqlama verən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib ki, hələlik yeniliklər üzərində ciddi iş aparılır.

Onun sözlərinə görə, ilkin variantlar, sistemə nəyin necə daxil olması müəyyənləşdirilir: «Bundan əlavə, bu yeniliklərdən kimlərin hansı formada istifadə edə biləcəyi, kimlərə qadağaların qoyulacağı və digər bu kimi proseslər müəyyən olunacaq». H.Zərbəliyev bildirib ki, sözügedən proseslərin nə vaxta qədər davam edəcəyi və yekunlaşacağı son tarix hələ bəlli deyil. Onun sözlərinə görə, bu sahə ilə məşğul olan mütəxəssislər tərəfindən yekun rəy verilməlidir: «Bu rəy veriləndən sonra biz də işlərimizi ona uyğun quracağıq".

SEYMUR




27/12/12    Çap et