Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər insan həyatı ilə oynamağa başlayıblar
Bu, fərziyyə deyil. Hakerlər artıq öz “ağıllı” telefonları vasitəsilə insan həyatınnın xilas edilməsi üçün istifadə edilən tibbi cihazları idarə etməyə qadirdir. Bu yaxınlarda Sietl şəhərində çox maraqlı təqdimat keçirilib. Tədqiqatçı Cek Barnabi təhlükəsizlik üzrə mütəxəssisdir, yəni müxtəlif cihazlarda mövcud olan boşluqları axtarır.
O, implantasiya edilmiş tibbi cihazlara üçüncü şəxslər tərəfindən necə müdaxilə edildiyini əyani şəkildə nümayiş etdirib. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, Barnabi smartfonu vasitəsilə uzaqdan implantasiya edilmiş tibbi cihazlara qoşularaq kapsulun insan orqanizmi üçün ölümcül insulin dozası buraxmasına nail olub.
Hazırda tibbi implantasiya edilən cihazlar getdikcə populyarlıq əldə edir. Onlar təbii ki uzaq məsafədən fərdi kompüter, “ağıllı” telefon və ya planşet vasitəsilə idarə olunur. Bu, bir tərəfdən müalicə prosesini asanlaşdırır, həkimlər hər an sağlamlıq vəziyyətindən xəbərdar olur.
Digər tərəfdən isə pis məqsədlə istifadə edilə bilər. Belə tibbi qurğu istehsalçıları hələlik qurğularını hər hansı ciddi proqramla müdafiə etmək barədə düşünməyib. Barnebinin təqdimatı bəlkə də onları implantantların müdafiəsi haqqında fikirləşməyə məcbur edəcək ki, implantlar gələcəkdə ölüm alətinə çevrilməsin.
Emil Hüseynov
27/12/12 Çap et