Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” başsız qalır


“AMD” şirkətində 25 il işləmiş məşhur çipmeyker qocamanlarından biri Maykl Qoddard fərdi kompüterlər üçün prosessor istehsalı ilə məşğul olan Amerika şirkətini tərk edib. O, Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının ABŞ-ın Ostin şəhərində yerləşən istehsal obyektində vitse-prezident və sistem arxitektoru vəzifəsində çalışacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Maykl Qoddard “AMD” şirkətində karyerasına 1988-ci ildə başlayıb. O vaxtdan etibarən bir neçə vəzifədə çalışıb.

Qeyd edək ki, Maykl Qoddard son bir neçə ay ərzində “AMD” şirkətini tərk edən 26-cı top-menecerdir.

Emil Hüseynov




27/12/12    Çap et