Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Full HD” ekranlı smartfon təqdim edilib


Pekində keçirilmiş mətbuat konfransında Çinin "ZTE" şirkəti "Android" platforması ilə işləyən "Nubia Z5" "ağıllı" telefonunu təqdim edib. Cihaz 5 düymlü "Full HD" ekranı və dördnüvəli "Qualcomm" prosessoru ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, ekranın təsvir ölçüsü 1920x1080 nöqtəyə bərabərdir və "IPS" matris texnologiyası üzrə hazırlanıb. "Snapdragon S4 Pro" çipinin takt tezliyi 1,5 qiqahersdir. Həmçinin "Adreno 320" qrafik sürətləndiricisi mövcuddur.

Daxili yaddaş həcmi 32 QB, əməli yaddaş həcmi isə 2 QB təşkil edir. "HSPA+", "Wi-Fi" (802.11 a/b/g/n), "NFC", "Bluetooth 4.0" modulları mövcuddur. Smartfonun arxa qapağında 13 meqapikselli, ön paneldə isə 2 meqapikselli kamera quraşdırılıb. "Nubia Z5" "ağıllı" telefonuna "Android 4.1.1" (Jelly Bean) platforması quraşdırılıb. Akkumulyatorun həcmi 2300 milliamper/saat təşkil edir. Cihazın çəkisi 126 qramdır. Korpusun qalınlığı 7,6 millimetrə bərabərdir.

Yenilik qara və ağ rənglərdə əlçatan olacaq. Cihaz 2013-cü ilin yanvarında Çində 550 dollara satışa çıxarılacaq. Digər ölkələrə tədarük ediləcəyi barədə məlumat verilməyib.

Emil Hüseynov




27/12/12    Çap et