Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bank elektron statistika sisteminin yaradılması istiqamətində işləri yekunlaşdırıb


Mərkəzi Bank elektron statistika sisteminin yaradılması istiqamətində işləri yekunlaşdırıb Mərkəzi Bankda elektron statistika və analitik hesabatlıq sisteminin yaradılması istiqamətində işlər əsasən yekunlaşdırılıb. Hesabatlıq və statistika "məlumat bankı" ("data warehouse") platformasına keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın (MB) bu gün «2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə» verdiyi bəyanatında bildirilir.

MB vurğulayır ki, ölkədə uğurla həyata keçirilən elektron "açıq" hökumət konsepsiyasının mühüm elementi olan bu sistem iqtisadi informasiyanın beynəlxalq standartlara uyğun effektiv və operativ toplanması, çevik emalı və yayımlanmasına imkan verir. İqtisadi tsiklin keyfiyyətli diaqnostikasına imkan verən bazar konyukturunun monitorinqi də genişləndirilmiş, bu əsasda qurulan konyuktur indekslər qurulub. Bəyanatda qeyd olunur ki, əhalinin və iqtisadi subyektlərin iqtisadi və maliyyə savadının artırılması sahəsində geniş maarifləndirmə tədbirləri görülüb.

İl ərzində beynəlxalq və yerli qurumlarla birgə medianın iştirakı ilə ictimaiyyətdə geniş maraq doğuran interaktiv maliyyə savadlılığı layihələri həyata keçirilib. «Pul təklifi iqtisadiyyatın pula olan tələbatına adekvat dəyişib. 2012-ci ilin 11 ayında manatla pul kütləsi (M2) 15% artıb. Xarici aktivlərlə yanaşı, pul təklifi həm də daxili aktivlər hesabına artıb. Manatla qeyri-nağd pul kütləsi 11% artmışdır ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində görülmüş tədbirlər sayəsində mümkün olub».

Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilib, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilib. 2012-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 9.7%, quraşdırılmış bankomatların sayı 5.1%, POS-terminalların sayı isə 3 dəfəyə yaxın artıb. Ölkədə nağdsız dövriyyənin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən müvafiq qurumlardan ibarət tərkibdə Milli Ödəniş Şurası yaradılıb.

SEYMUR




27/12/12    Çap et