Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple”-ın baş direktorunun əməkhaqqısı 99 faiz azalıb
"Bloomberg" nəşrinin məlumatına görə, "Apple" şirkətinin baş direktoru Tim Kuk 2012-ci ilin yekununa görə 4,17 milyon dollar həcmində kompensasiya əldə edəcək və bu rəqəm onun rəhbərliyinin birinci dövrü ilə müqayisədə 99 faiz azdır.
Bundan başqa, o, "Apple" şirkətinin səhmləri qismində təqdim edilən mükafata layiq görülməyəcək. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim etdiyi məlumatlarına əsasən, Tim Kukun illik kompensasiyası 2,8 milyon dollar və əməkhaqqısı 1,36 milyon dollar təşkil edir.
Qeyd edək ki, 2012-ci ildə "Apple" şirkəti səhmlərinin məzənnəsinin artması ilə öyünə bilmir. Sentyabrdan etibarən şirkətin səhmlərinin qiyməti 27 faiz azalıb. Bu, "Apple" səhmdarları üçün heç də xoş xəbər deyildi və nəticədə Tim Kuk təzyiqə məruz qaldı.
Emil Hüseynov
28/12/12 Çap et