Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqibləri “Apple” şirkətini televizor bazarında qabaqlamağa ümid edir


İnternetə qoşulan və axın videosunu göstərə bilən yeni nəsil "ağıllı" televizorlar “CES 2013” məişət elektronikası sərgisinin əsas mövzularından biri olacaq. “Business Insider” nəşrinin redaktoru Stiv Kovaç qeyd edib ki, “ağıllı” TV “LG”, “Samsung”, “Sony” və “Panasonic” kimi şirkətlərin təqdimatında mühüm yer tutacaq. 

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Consumers Electronics Show 2013” (CES) sərgisi 2013-cü ilin 8-11 yanvar tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. Jurnalist hesab edir ki, "ağıllı" TV ideyası yaxın üç həftə ərzində fəal şəkildə müzakirə ediləcək.

Bundan sonra yeniliklər ətrafında səs-küy məhsullar satışa çıxarılanadək davam edəcək. Kovaçın fikrincə, istehsalçılar yeni nəsil “ağıllı” televizor istehsalında “Apple” şirkətini qabaqlamaq istəyirlər.

Emil Hüseynov




28/12/12    Çap et