Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
SMPDK-da informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib
Standartlaşdırma, Metrologiya və Patent üzə Dövlət Komitəsinin (SMPDK) 27 dekabr 2012-ci il tarixli 139 nömrəli əmri ilə "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları" təsdiq edilib.
12 maddədən ibarət olan qaydalarda komitəyə sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, informasiya sahibi kimi komitənin vəzifələri, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər öz əksini tapıb.
SMPDK-dan verilən məlumata görə, əmrə əsasən, komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov informasiya azadlığı üzrə məsul şəxs kimi müəyyən edilib.
Bu əmr respublika prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.
HƏQİQƏT
28/12/12 Çap et