Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
QMKİDK 2 elektron xidmət istifadəyə verib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən göstəriləcəyi nəzərdə tutulan dörd elektron xidmətdən ikisinin təsdiq olunmuş inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinə göndərilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin məlumatında deyilir. Bu 2 elektron xidmət "Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması" və "Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması" xidmətlərindən ibarətdir.
Hazırda hər iki elektron xidmətin inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bununla yanaşı, komitə tərəfindən göstəriləcək elektron xidmətlərin "Elektron xidmətlər reyestri"ndə qeydə alınması təmin edilib.
CAHANGİR
28/12/12 Çap et