Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Toshiba” mobil telefonları “Lytro” kamerasının imkanları ilə təchiz edəcək
“Toshiba” şirkəti “ağıllı” telefon və planşetlər üçün fotomodul hazırlayıb. Tili 1 santimetrə bərabər kubdan ibarət modul mobil qurğuları “Lytro” “postfaktum” kamerasının sahib olduğu imkanlarla təchiz edəcək. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Lytro” istifadəçiləri çəkilişdən sonra şəkildə kəskinliyin sərhədlərini təyin etmək imkanına malikdirlər.
Bu, “Lytro” kamerasında obyektiv və matrisin arasında mikrolinza massivinin quraşdırılmasına görə mümkündür. Mikrolinza massivi çəkilən səhnənin işıq sahəsi haqqında informasiyanı dörd ölçüdə qeydə alır. “Toshiba” fotomodulun kütləvi istehsalına 2013-cü ilin sonunda başlamağı planlaşdırır.
Emil Hüseynov
28/12/12 Çap et