Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ARM Holdings” şirkətinin xalis gəliri 21% artıb


“ARM Holdings” şirkəti xalis gəlirin 21 faiz artımı barədə məlumat verib. Göstəricilərin artmasını şirkətin mikroprosessorlara olan yüksək tələbatı təmin edib. Qeyd edək ki, “ARM” çipləri smartfon və planşetlərin əksəriyyətində, həmçinin televizorlarda komplektləşdirilirlər.
Britaniya şirkətinin maliyyə hesabatına əsasən, 2011-ci ilin 2-ci rübünün nəticəsinə görə, “ARM” şirkətinin xalis gəliri 26,6 milyon funt-sterlinqə çatıb və 2010-cu ilin analoji dövrü üçün göstəricisini (21.9 milyon) ötüb. Satışlardan qazanc 18% artıb və 117,8 milyon Britaniya funtu təşkil edib. Həmçinin qeyd edilib ki, aprel ayından iyun ayına kimi olan dövr ərzində “ARM 29” prosessor lisenziyası imzalayıb və 1,1 milyard çip tədarük edib.


www.dailycomm.ru




27/07/11    Çap et