Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən Ekspertiza Mərkəzi yaradılır
Mərkəzi Bankda (AMB) "Dövlət satınalmaları haqqında" qanuna müvafiq olaraq, pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən Ekspertiza Mərkəzi yaradılır. Bununla əlaqədar MB zəruri sistem və avadanlıqların alınması və tətbiqi üzrə açıq tender elan edir.
"ICTnews" elektron xəbər xidmətinə MB-dan bildirilib ki, Ekspertiza Mərkəzinin sistem və avadanlıqlarla təchizatı özündə müvafiq şərtləri əks etdirməlidir. Belə ki, şərtlərə pul nişanlarının beynəlxalq standartlara uyğun ekspertizasının aparılması üçün zəruri sistem və avadanlıqların alınması, müvafiq sistem və avadanlıqların MB-ya çatdırılması (DDP Baku – İncoterms 2012) Mərkəzi Bankın 2 saylı Xəzinə saxlancında, eləcə də nağd pulla əməliyyatlar aparılan zaman zəruri olan ilkin ekspertiza avadanlıqlarının Mərkəzi Bankın Baş ofisində və 5 Regional Mərkəzdə instalyasiyası, Ekspertiza Mərkəzinin vahid proqram təminatının yaradılması və alınacaq sistem və avadanlıqların proqram təminatına inteqrasiyası daxildir.
Həmçinin yeni yaradılacaq Ekspertiza Mərkəzinin vahid informasiya bazasının, statistik və analitik hesabatlıq sisteminin yaradılması və bu sistemə kənar istifadəçilərin qoşulma imkanının yaradılması, mərkəzin informasiya bazasının MB-da yaradılacaq "Cash Managament System"lə (CMS) informasiya mübadiləsi sisteminin yaradılması əsasdır.
Tender proseduru 7 mart 2013-cü il tarixində saat 15:00-da MB-nın inzibati binasında (Azərbaycan Respublikası, Bakı şəhəri, R.Behbudov küçəsi 32) keçiriləcək: "Satınalma müqaviləsi imzalandığı gündən etibarən Ekspertiza Mərkəzinin sistem və avadanlıqları, eyni zamanda proqram təminatı 9 ay müddətində MB-nın 2№-li xəzinə saxlancında, mövcud inzibati binasında və 5 Regional Mərkəzdə quraşdırılıb təhvil verilməlidir.
İddiaçı MB-da tam təchiz olunmuş Ekspertiza Mərkəzi razılaşdırılmış formada təhvil verilən gündən etibarən təqdim olunmuş mal və xidmətlərə ən azı 1 (bir) il zəmanət verməli, zəmanət müddəti bitdikdən sonra isə texniki dəstəyin təmin edilməsi üçün potensiala malik olmalı və bu barədə yazılı təminat verməlidir".
HƏQİQƏT
29/12/12 Çap et