Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bank Technique”-nin onlayn xidmətlərlə zəngin internet resursu istifadəyə verilib
“Bank Technique” ASC-nin yenilənmiş və onlayn xidmətlər təklif edən internet saytı (www.banktechnique.az) artıq istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bu sayt vasitəsilə müştərilər, banka gəlmədən, bir sıra əməliyyatları virtual olaraq həyata keçirə bilərlər.
Belə ki, artıq sayt vasitəsilə plastik kart sifariş etmək, hesab və ya kredit açılması üçün onlayn ərizə vermək mümkündür. Bundan əlavə, hər bir müştəriyə özəl açıla bilən “Şəxsi Kabinet” xidməti vasitəsilə müştərilər hesablarına nəzarət edə, kreditlərini və başqa ödənişləri onlayn həyata keçirə bilərlər.
CAHANGİR
29/12/12 Çap et