Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair Qaydalar" təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Komitədən bildirilib ki, qaydalar qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına, şəffaflığın artırılmasına, həmçinin qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan yaradacaq.
HƏQİQƏT
29/12/12 Çap et