Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir


İşimizi yüngülləşdirən bir çox funksiyaları ilə yanaşı, kompüterin səhhətimizə yaratdığı problemlər də istisna deyil. Həkim Cavid İsmayılov "ICTnews" elektron xəbər xidmətinə kompüterin gözə mənfi təsirinin səbəblərini aydınlaşdırıb:

"Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir".

HƏQİQƏT




30/12/12    Çap et