Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSK-nin nümayəndələri Türkstatın təqdim etdiyi sistemin təşkilində informasiyatexnologiyalarının tətbiqi ilə tanış olublar


Azərbaycanın Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkstatda Keyfiyyətin idarə olunması və metaməlumatlar mövzusunda təcrübə mübadiləsi keçirilib. "ICTnews" elektron xəbər xidmətinin DSK-yə istinadən verdiyi məlumata görə, təcrübə mübadiləsinin əsas məqsədi Türkstatın son dövrlərdə beynəlxalq tədbirlərdə keyfiyyətin təmin olunması və metaməlumatlar sahəsində nümayiş etdirdiyi sistem haqqında daha ətraflı məlumatların əldə edilməsi, sistemin yaradılması ilə bağlı həyata keçirilmiş praktik təcrubələrlə tanış olmaq, sistemin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə əyani tanışlıq olub.

Tədbirdə Dovlət Statistika Komitəsi tərəfindən Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin mudiri Yusif Yusifov, şöbə müdirinin müavini C.Əliyeva, aparıcı məsləhətçi A.Əliyev və BHM-nin Məlumat bazaları texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini K.Humbətov, Türkstat tərəfindən isə 6 mütəxəssis iştirak edib. Tədbirdə statistikanın sahələri və məhsullar üzrə proseslər yazıldıqdan sonra onların xəritələrinin və alqoritmlərinin proqramlaşdırılması və bu məlumatların statistika idarəsinin ümumi məlumat bazasına və informasiya sisteminə inteqrasiyası haqqında məlumat verilib.

Vurğulanıb ki, biznes proseslərin modelləşdirilməsi məqsədilə müxtəlif proqram paketləri araşdırılıb və ARİS-biznes arxitektura proqramına üstünlük verilib və istifadə üçün alınıb. Azərbaycanda bu istiqamətdə həyata keçirilmiş işlər haqqında Dövlətstatkomun nümayəndələri tərəfindən tədbir iştirakçılarına məlumat verilib.

Bu məqsədlə hazırlanmış slaydlar vasitəsilə birinci məruzədə keyfiyyətin təmin olunmasına dair konseptual məsələlər, o cümlədən sistemin, proseslərin və məhsulların idarə olunması, ikinci məruzədə isə keyfiyyətin idarə olunması və metaməlumatlar sahəsində 2012 - 2013- cu illər üzrə fəaliyyət planı haqqında məsələlər ətraflı şəkildə diqqətə catdırılıb.

Tədbirin sonuncu günü Dövlət Statistika Komitəsinin informasiya sistemləri, istifadə olunan proqramlar və məlumat bazaları ilə bağlı cıxışlar edilib. Metaməlumatlar, hesabatlar və məlumat bazaları sahəsində ölkə təcrübəsi haqqında iştirakçılara məlumat verilib, əyani şəkildə görüş istirakçılarının diqqətinə catdırılıb.

CAHANGİR




30/12/12    Çap et