Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toyota” şirkəti “Lexus” avtonom avtomobilini təqdim edəcək


Yaponiyanın avtomobil nəhəngi "Toyota" şirkəti bu həftə başlayacaq "CES 2013" sərgisində avtonom hərəkət edən avtomobil konsepsiyasına öz baxışını ictimaiyyətə təqdim edəcək.

Şirkət bu yaxınlarda yollarda avtonom hərəkət etməyə və toqquşmalardan uzaq durmağa imkan verən müasir monitorinq və təhlükəsizlik sistemlərilə təchiz edilmiş "Lexus" avtomobilinin videoyazısını nümayiş etdirib.

"ICTnews.az" elektron xəbər xidməti ""cybersecurity.ru" saytına istinadən bildirir ki, avtomobildə daxili radar və bir neçə videokamera quraşdırılıb.

Şirkətdən verilən məlumata əsasən, nəzarət sistemləri maşının ətrafında baş verənləri çox dəqiq şəkildə qiymətləndirə bilər. "Biz gözlənilməz qəza vəziyyətlərinə düşməyəcək maşın üzərində çalışırıq.

Emil Hüseynov




07/01/13    Çap et