Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib
Müəllif Hüquqları Agentliyi 5 yeni elektron xidmətini "e-Gov" Elektron Xidmətlər Portalı vasitəsilə ictimaiyyətə təqdim edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən e-xidmətlərə müəlliflik hüququ ilə qorunan məlumat toplularının, müəlliflik hüququ obyektinin, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun, əlaqəli hüquqlar obyektinin və inteqral sxem topologiyalarının Dövlət qeydiyyatı üçün ərizə formaları daxildir.
Bu xidmətlər vasitəsilə istifadəçi qeyd olunan sahələr üzrə ərizə formaları əldə etmək imkanı qazanacaq.
CAHANGİR
07/01/13 Çap et