Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir balaca boyu var, dam dolusu toyu var


"SolidRun" startapının hazırladığı "CuBox Pro" yığcam kompüter sistemi 55x55x42 millimetr ölçüyə malikdir və qurğunun çəkisi 91 qram təşkil edir. Cihaz iş prosesi zamanı təxminən 3 Vatt enerji sərf edir. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "CuBox Pro" kompüteri 800 MHs takt tezliyində işləyən "ARMv7" arxitekturası bazasında ikinüvəli prosessor və "DDR3" standartlı 2 QB əməli yaddaşla təchiz edilib.

Daşıyıcı qismində həcmi 64 qiqabayta qədər olan "MicroSD" formatlı yaddaş kartından istifadə etmək təklif edilir. Sistem infraqırmızı port, 1 qiqabitlik "Ethernet" şəbəkə portu, 2 ədəd "USB 2.0" portu, "HDMI" videoçıxışı, "SPDIF" optik çıxışı və "e-SATA" portu ilə təchiz edilib. Qurğunu enerji ilə doldurmaq üçün xarici qida blokundan istifadə edilir. Bu model "Ubuntu", "Debian", "GeeXbox", "Android" və digər əməliyyat sistemlərini dəstəkləyir. "SolidRun CuBox Pro" yığcam kompüterinin satışı cari ayın sonuna kimi başlamalıdır. "CuBox" kompüterinin 1 QB əməli yaddaşla təchiz edilmiş modelinin qiyməti 139 dollar təşkil edir.

Emil Hüseynov




07/01/13    Çap et