Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir


Son dövrlərdə AzScienceNet elm kompyuter şəbəkəsinin (EKŞ) infrastrukturunun müasir kompyuter avadanlığı və yeni texnologiyalar əsasında qurulması şəbəkədə yeni xidmət sahələrinin yaradılmasına geniş imkanlar yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, internet şəbəkəsinə çıxış sürəti 150 Mb/saniyə olan AzScienceNet EKŞ fasiləsiz qida mənbəyi, yanğından mühafizə, kondisioner sistemləri və s. ilə təchiz edilib.

Bütün bunlar şəbəkənin 24 saat ərzində istifadəçilərə yüksək səviyyədə fasiləsiz xidmət etməsinə imkan yaradır. Bu imkanlar nəzərə alınaraq İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AzScienceNet elm kompyuter şəbəkəsinin serverlərində AMEA-nın institut və təşkilatlarına veb-resurslarının təmənnasız olaraq yerləşdirilməsi və onlara hosting xidmətlərinin göstərilməsi təklif edilir.

Bu xidmətdən istifadə etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi müraciət edilməsi xahiş olunur.




08/01/13    Çap et