Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün şəhər ATS-ləri NGN texnologiyası əsasında tamamilə yenidən qurulacaq


Ötən il Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müasir texnologiyalar tətbiq etməklə istifadəçilərinə yeni və keyfiyyətli telekommunikasiya xidmətləri göstərib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə açıqlamasında birliyin baş direktoru Beytulla Hüseynov bildirib.  

Onun sözlərinə görə, yüksək inkişaf strategiyasını önə çəkməklə böyük nailiyyətlər əldə edən BTRİB-in qarşısında 2013-cü ildə həlli duran bir çox məsələlər var. “Buna misal olaraq, “Az-EvroTel” MMC ATS-nin, ATS-428/429-un, Qobustan və Qızıldaş qəsəbə ATS-nin müasir texnologiya əsasında yenidən qurulması, ATS-561/562 – Biləcəri yaşayış massivi arasında Fo-24 və ATS-491 – ATS-446 arasında Fo-144 optik kabelinin çəkilməsi, ATS-dən 3 km və daha uzaq məsafədə yerləşən paylayıcı şkafların daha müasir texnologiya ilə əvəz edilməsi, Yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlanması, optik kabellərin uçotunun və axtarış sisteminin proqram təminatının hazırlanmasını və digər məsələləri göstərmək olar”.

Qeyd edək ki, BTRİB bütün işlərə paralel olaraq bütün şəhər ATS-ni NGN texnologiyası əsasında tamamilə yenidən qurmağı da planlaşdırır.

RƏVAN




08/01/13    Çap et