Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CES 2013” sərgisi öz işinə başlayır


Bu gün ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən böyük sərgilərindən biri “Consumer Electronics Show 2013” öz işinə başlayır. Say hesabı ilə 46-cı sərgidə məişət bazarı üçün yüksək texnologiyalar sahəsində əldə olunmuş son nailiyyətlər nümayiş etdiriləcək.

Xatırladaq ki, ötənilki “CES”-in əsas mövzusu internet-planşet və mobil qurğular idi. Hazırkı sərginin əsas mövzusu televizor konsepsiyası ilə bağlıdır. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, televizorlar artıq yalnız verilişlərə baxış deyil, həm də ev əyləncələri, internetdə işləmək və interaktiv ünsiyyət sessiyalarının keçirilməsi üçün vasitədir.

Artıq televizorlarda bir neçə konsepsiya (jestlə idarəetmə, internetə qoşulma, “Skype” və “3D” ilə işləmək imkanı, həmçinin kənar proqram təminatının quraşdırılması imkanı) birləşdirilib. Təşkilatçıların məlumatına əsasən, qarşıdakı üç gün ərzində məşhur “Las Vegas Convention Center” sərgisini ən azı 150 min insan ziyarət edəcək.

Emil Hüseynov




08/01/13    Çap et