Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samsung”un “ağıllı” telefonlarının satış həcmi 35 faiz artacaq


“Strategy Analytics” analitik firmasının proqnozuna əsasən, 2013-cü ildə Koreya şirkətinin “ağıllı” telefonlarının satış həcmi 35 faiz artacaq.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, proqnozlara görə, “Samsung” 2013-cü ildə təxminən 290 milyon smartfon sata bilər. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2012-ci ildə 215 milyon təşkil edib.

Həmçinin analitiklərin hesablamalarına əsasən, dünyada “ağıllı” telefonların satış həcmi 27 faiz artaraq 2013-cü ildə 875 milyona bərabər olacaq.

Emil Hüseynov




08/01/13    Çap et