Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il ərzində 1277 ədəd qeydiyyata alınmamış radioelektron vasitə aşkarlanıb
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara nəzarət şöbəsi tərəfindən 2012-ci il ərzində 848 müəssisə və təşkilatda istismar olunan avadanlıqlara texniki baxış keçirilib. "ICTnews" elektron xəbər xidmətinin DRİ-yə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda istismar edilən radioelektron vasitələrinə (REV) texniki baxış keçirilən zaman idarədə dövlət qeydiyyatından keçməyən qeyri-qanuni istifadə edilən 1277 ədəd müxtəlif növ REV aşkarlanıb.
Bunlardan 544 ədədi qeydiyyata alınıb, 404 ədədi möhürlənib, 33 ədəd REV istismardan çıxardılıb. Bununla yanaşı, 296 ədəd REV-in qeydiyyata alınması üçün iş aparılır. Qeyri-qanuni REV-i istifadə edən 67 istifadəçiyə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına dair protokol tərtib edilib və müvafiq qaydada hüquqi tədbirlər görülüb.
O cümlədən, DRİ-də qeydiyyatdan keçmiş kommersiya və fiziki şəxslərin istismar etdikləri REV-nə baxış keçirmək məqsədilə 2013-cü ildə planlaşdırılan yoxlamalar barədə Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə məlumat verilib və təsdiqlənib.
CAHANGİR
08/01/13 Çap et