Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə 1 milyarddan çox “ağıllı” telefon satılacaq


"Deloitee" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə dünyada 1 milyarddan çox "ağıllı" telefon satılacaq. Şirkətin məlumatına əsasən, 2012-ci ildə dünyada təxminən 900 milyon "ağıllı" telefon satılıb: daha dəqiq məlumat bir qədər sonra açıqlanacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecuritry.ru" saytına istinadən bildirir ki, "Deloitte" analitik şirkətinin təsnifatına əsasən, "ağıllı" telefon kateqoriyasına "qwerty" və ya sensor klaviatura ilə təchiz edilmiş və internetə çıxış imkanına malik mobil qurğular daxildir.

Emil Hüseynov




08/01/13    Çap et