Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” sukeçirməz “Xperia Z” “ağıllı” telefonunu təqdim edib


"Sony" şirkəti "CES 2013" sərgisində "Xperia Z" "ağıllı" telefonunu təqdim edib. O, 5 düymlü ekranla təchiz olunub. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Xperia Z"-in ekranının təsvir ölçüsü 1920x1080 nöqtə (Full HD) təşkil edir.

Telefon dördnüvəli "Snapdragon S4 Pro" prosessoru və 2 qiqabayt əməli yaddaşla təchiz edilib. "Xperia Z" "ağıllı" telefonu toza və suya qarşı davamlıdır. Qeyd edək ki, "Sony" şirkəti əvvəllər də su və toz keçirməyən aparatlar istehsal edib. Yeni "ağıllı" telefon 2 daxili kamera (ön paneldə 2 meqapiksel və arxa paneldə 13 meqapiksel) ilə təchiz edilib.

Əsas kamera sürətli çəkiliş rejimində saniyədə 10 kadr çəkə bilər. "Ağıllı" telefonun batareyasının tutumu 2330 milliamper/saat təşkil edir. Aparatda avtonom iş müddətini artırmağa imkan verən "Stamina" rejimi mövcuddur.

"Xperia Z" "ağıllı" telefonu "LTE" şəbəkələrini və "NFC" simsiz rabitə texnologiyasını dəstəkləyir. Aparata "Android 4.1" platforması quraşdırılıb. Cihaz 2013-cü ilin birinci rübündə satışa çıxarılacaq. Qiyməti haqqında məlumat yoxdur.

Emil Hüseynov




08/01/13    Çap et