Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlandı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM)"Elektron hökumәt" portalı vasitәsilә әn çox istifadә olunan elektron xidmәtlәrin siyahısını açıqlayıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, siyahı 01.12.2012-dən 25.12.2012-ci il tarixinә qədər olan dövrü əhatə edir.
MHM bildirir ki, bu müddət ərzində ən çox istifadə olunan Әdliyyə Nazirliyinin əhaliyə təqdim etdiyi «Adın mənası» e-xidmətidir. İstifadəçilər bu xidmətdən 672 dəfə yararlanıblar. İkinci ən çox istifadə olunan e-xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi «Cari danışıqlar üzrə borcdur» (PİN-ə görə). Bundan da 613 nəfər istifadə edib. Üçüncü yerdə isə Dövlət Sosial Müdafiə Fondunun «Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi» e-xidmətidir ki, bundan da 600 dəfə yararlanılıb.
Daxili İşlər Nazirliyi «PİN-ə görə fərdi məlumatların axtarışı» (427), Təhsil Nazirliyinin «Diplom haqqında məlumatlar» (356) e-xidmətləri də müvafiq sıralama ilə 4-cü və 5-ci yerlərdə dayanır.
RİTN-in «Telefon üzrə ətraflı məlumat» (316), «Qəbzlər üzrə borc (PİN-ə görə)» (297), «ADSL-ə qoşulma/imtina» (274) və Dövlət Sosial Müdafiə Fondunun «Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi» (268) xidmətləri də ən çox istifadə olunan e-xidmətlər sırasındadır.
SEYMUR
08/01/13 Çap et