Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də onlayn xidmətə keçir


Azərbaycanda internetdən istifadə edənlərin sayı artdıqca, insanların kompüter bilikləri çoxaldıqca ölkədə elektron xidmətlərin həm miqdarı, həm də ondan yararlananların sayı artmaqdadır. Elə bu səbəbdəndir ki, müxtəlif dövlət orqanları, şirkətlər öz xidmətlərini elektron qaydada təqdim etməyə üstünlük verirlər.

Bu prosesə artıq Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri də qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yanvarın 28-dən notarial xidmətlərin göstərilməsi məqsədilə görüş təyininin onlayn formasını tətbiq edəcək.

Səfirliyin rəsmi saytına yerləşdirdiyi informasiyaya görə, sistem müştərilərə göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə tətbiq olunur. Lakin görüşləri yalnız səfirliyin təklif etdiyi notariat ofislərində təyin etmək olar.

Seymur




08/01/13    Çap et